DÇ-2022-nin yarımfinal mərhələsində keçiriləcək Argentina - Xorvatiya oyununa təyinatlar açıqlanıb.
Offsideplus.az xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Daniele Orsato olacaq. Ona yan xətt hakimləri Çiro Karbone və Alessandro Callatini kömək edəcəklər. VAR referisi isə Massimiliano İrrati olacaq.
Qeyd edək ki, Argentina – Xorvatiya oyunu dekabrın 13-ü keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.