Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərakeş millisini DÇ-2022-nin yarımfinalına çıxması münasibəti ilə təbrik edib.
Offsideplus.az xəbər verir ki, ölkə lideri sosial şəbəkə hesabında bunları yazıb:
"Dünya çempionatında yarımfinala yüksələn ilk Afrika komandası olan Mərakeş millisini ürəkdən təbrik edirəm. Bütün mərakeşli qardaşlarımızı bu uğura görə təbrik edirəm".
Qeyd edək ki, Mərakeş 1/4 finalda Portuqaliyaya (1:0) qalib gəlib. Komanda dünya çempionatları tarixində yarımfinala yüksələn ilk Afrika təmsilçisi olub.