Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin 1/4 finalında İngiltərəyə (2:1) qalib gəldikləri oyundan sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, matçı belə şərh edib:
“Bu, heyrətamiz, əla oyun idi. Biz həqiqətən fantastik İngiltərə komandası ilə qarşılaşdıq, lakin daha bir qol vura bildik. Əla idi, həzz almalıyıq. Biz yarımfinaldayıq və bu, kiçik uğur deyil. Futbolçularımızın performansının yüksək səviyyədə olduğunu görmək məni xoşbəxt etdi”.
Təcrübəli mütəxəssis yarımfinaldakı rəqibləri olan Mərakeşin daha sürpriz komanda olmadığını qeyd edib:
“Mərakeş hörmətə layiqdir. Sürprizə imza atdılar və cəmi bir qol buraxaraq Portuqaliyaya qarşı qələbə qazanmağı bacardılar. Bu o deməkdir ki, artıq etdikləri sürpriz deyil. Mərakeşlə oyuna ciddi hazırlaşacağıq”.
Qeyd edək ki, dekabrın 14-də keçiriləcək Mərakeş – Fransa oyunu Bakı vaxt ilə saat 23:00-da start götürəcək.