Mərakeş yığması dünya çempionatları tarixində yarımfinala yüksələn ilk Afrika komandası olub.
Offsideplus.az xəbər verir ki, yığma buna DÇ-2022-nin 1/4 finalında Portuqaliyaya 1:0 hesabı ilə qalib gələrək nail olub.
Əvvəllər Afrika komandaları 3 dəfə 1/4 final mərhələsinə yüksəlib və hər üç dəfə biri rəqibini məğlub edə bilməyib. 1990-cı ildə Kamerun İngiltərəyə əlavə vaxtda (2:3), 2002-ci ildə Seneqal Türkiyəyə əlavə vaxtda, 2010-cu ildə Qana penaltilər seriyasında Uruqvayı məğlub edə bilməyib - 2:4.
Qeyd edək ki, Mərakeş dünya çempionatının yarımfinalında İngiltərə - Fransa cütünün qalibi ilə qarşılaşacaq.