Braziliya yığma komandasının baş məşqçisi Tite vəzifəsindən istefa verib.
Offsideplus.az xəbər verir ki, buna səbəb onun komandasının DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzaraq (1:1, penaltilər seriyası - 2:4) mübarizəni dayandırmasıdır.
Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisini çalışdırırdı.