Neymar Braziliya yığma komandasında qol sayına görə əfsanəvi oyunçu Pelenin rekordunu təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu DÇ-2022-nin 1/4 finalında Xorvatiya ilə hazırda davam edən matçda fərqlənməklə nail olub. Nəticədə o, yığmada 77-ci qolunu vurub.

Bununla da Neymar Pelenin rekordunu təkarlayıb.

PSJ-nin forvardı bu göstəriciyə 124, Pele isə 92 matçda çatıb.