Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/8 finalında Mərakeşlə qarşılaşan İspaniya yığması penalti seriyasında məğlub olaraq mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, Avropa təmsilçisi bu nəticə ilə antirekorda imza atıb.
Belə ki, "matadorlar" penalti seriyasında vurduğu 4 zərbəni boşa verməklə tarixə düşüblər. Avropa təmsilçisi penalti seriyasında qol vura bilməyən ikinci komanda olub.
İlk dəfə belə bir antirekorda İsveçrə yığması imza atmışdı. Sözügedən komanda 2006-cı ildə Ukraynayla matçda eyni uğursuzluğu yaşamışdı. O zaman rəqibin dəqiqliyi qarşısında ardıcıl 3 zərbəni boşa verən isveçrəlilər mübarizəni dayandırmışdı.