İngiltərə millisinin üzvü Rahim Sterlinqin evinə silahlı basqın edilib.
Offsideplus.az xəbər verir ki, şənbə günü axşamı baş verən hadisə zamanı 27 yaşlı forvardın həyat yoldaşı və uşaqları evdə olub. Futbolçu ailəsinin yanında olmaq üçün dərhal İngiltərəyə qayıdıb. O, baş məşqçi Qaret Sautqeyt,İngiltərə Futbol Federasiyası və komanda yoldaşlarının tam dəstəyini alandan sonra, dünya çempionatını yarımçıq qoyub və evə yollanıb.
Qeyd edək ki, Sterlinq bu səbəbdən Seneqala qarşı 1/8 final matçını (3:0) buraxıb. İngiltərəli oyunçu uyğun olan zaman Qətərə dönəcək.