Xerardo Martino Meksika millisinin baş məşqçi vəzifəsindən istefa verib.
Offsideplus.az xəbər verir ki, 60 yaşlı mütəxəssis bu barədə Səudiyyə Ərəbistanı ilə oyundan sonra açıqlama verib.
Meksika millisi qrup mərhələsinin 3-cü turunun oyununda 2:1 hesabı ilə qalib gəlsə də, Polşadan topların fərqinə görə geri qalaraq mundialda mübarizəni dayandırıb.