Bu gün DÇ-2022-də 1/8 final mərhələsi çərçivəsində daha iki görüş keçirilib.

Offsideplus.az xəbər verir ki, bu gün 2 matç keçirilib. Günün ilk oyununda Fransa Polşa ilə üz-üzə gəlib. "Al Tumama" stadionundakı görüşdə Fransa qələbə qazanıb (3:1) və 1/4 finala adlayıb. 

"Əl Bayt" stadionundakı İngiltərə - Seneqal oyunu saat 23:00-da start götürüb. Matç İngiltərənin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, 1/4 finalda Fransa və İngiltərə üz-üzə gələcək

Qeyd edək ki, bundan əvvəl Niderland və Argentina 1/4 finala yüksəliblər. Sözügedən komandalar da bu mərhələdə qarşılaşacaqlar.

4 dekabr