Kamerun yığması dünya çempionatları tarixində Braziliyanı məğlub edən ilk Afrika komandası kimi tarixə düşüb.

Offsideplus.az xəbər verir ki, onlar DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunda Cənubi Amerika təmsilçisini minimal hesabla məğlub edib.

Buna qədər afrikalılar dünya çempionatlarında Braziliya yığması ilə 7 dəfə qarşılaşıb və hamısında məğlubiyyətlə üzləşiblər.