Uruqvay millisi DÇ-2022-nin qrup mərhələsinin son turunda Qanaya 2:0 hesabı ilə qalib gəlsə də, qrupda qalıb.
Offsideplus.az xəbər verir ki, Edinson Kavani matçın bitməsinin ardından meydanı tərk edərkən VAR monitorunu yumruqlayıb.
Belə ki, Darvin Nunesə Qana millisinin cərimə meydançasında Daniel Amarti tərəfindən kobudluq edilsə də, matçın baş hakimi oynamağa işarə edib. VAR mümkün penalti ilə bağlı referiyə qərarını gözdən keçirməyə çağırsa da, Daniel Sibert qərarını dəyişməyib.
Qeyd edək ki, H qrupundan Portuqaliya və Cənubi Koreya milliləri 1/8 finala yüksəlib.
Edinson Cavani does not like VAR.#URU | #FIFAWorldCup pic.twitter.com/FvKJMItMCq
— Football Tweet ⚽ (@Football__Tweet) December 2, 2022