Bu gün DÇ-2022-də 1/8 final mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. "Xəlifə" stadionunda keçirilən görüşdə 3:1 hesabı ilə qalib gələn Niderlan 1/4 finala yüksəlib.

Günün digər matçında isə Argentina və Avstraliya yığmaları üz-üzə gəlib. "Əhməd ibn-Əli" stadionundakı qarşılaşmada Argentina üstün olub (2:1) və 1/4 finala adlayıb.

Qeyd edək ki, 1/4 finalda Niderland Argentina ilə qarşılaşacaq.

3 dekabr

DÇ-2022, 1/8 final