DÇ-2022-nin qrup mərhələsinin sonuncu turunda bu gün saat 23:00-da başlayacaq Kamerun - Braziliya oyunu üçün heyətlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, Braziliya millisinin 39 yaşlı futbolçusu Dani Alves ilk dəfə start heyətdə yer alıb. Beləliklə, o, DÇ-2022-də ilk matçına çıxacaq:
Kamerun: Epassi, Tolo, Eboss, Vu, Fay, Kunde, Anqissa, Nqamale, Şupo-Motinq, Mbemo, Abubakar
Braziliya: Ederson, Telles, Militao, Bremer, Alves, Rodriqo, Fred, Fabinyo, Antoni, Martinelli, Jezus