Dünya çempionatının E qrupunun son turunda Yaponiya İspaniya millisinə 2:1 hesabı ilə qalib gələrək 1/8 finala qrup lideri olaraq yollandı.
Offsideplus.az xəbər verir ki, matçın 51-ci dəqiqəsində Asiya təmsilçisi qalmaqallı qola imza atdı. Kaoru Mitomanın ötürdüyü topu Ao Tanaka rəqib qapısından keçirdi. Mitomanın epizodunda topun xətti keçib-keçmədiyi VAR vasitəsilə yoxlanıldı və qol qeydə alındı.
Yaponiyanın qolundan öncə topun xətti keçib-keçməməsi futbol dünyasında böyük müzakirələrə yol açdı.
"Telegraph" topun xəttin üzərində olması barədə bu sözləri deyib: "Topun ot üzərində olan hissəsi açıq-aydın xəttdən kənarda olsa da, "topun əyriliyi" səbəbindən müəyyən hissəsi xəttin üstündədir. Bunu künc zərbəsini yerinə yetirərkən topun bir az kənara qoyulması ilə müqayisə edə bilərik. Bu, qaydalar çərçivəsindədir".
"Globo.com" qolun qeydə alınmasının düzgün qərar olduğunu aşağıdakı foto ilə izah edib: