Bu gün Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçirilib və 1/8 finalın bütün cütlükləri məlum olub.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya Kamerunla qarşılaşıb və uduzub - 0:1. Qrupun digər oyununda İsveçrə Serbiyaya 3:2 hesabı ilə qalib gəlib. İsveçrəlilər bu qələbə sayəsində 1/8 finala adlayıblar.

H qrupunda isə 1/8 finala adlayan Portuqaliya millisi Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub. Qana isə Uruqvaya 0:2 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra H qrupunda Portuqaliya qrup lideri, Cənubi Koreya qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.

Qed edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Yaponiya, İspaniya, Xorvatiya və Mərakeş yığmaları 1/8 finala vəsiqə qazanıblar.

3 dekabr

19:00.Niderland - ABŞ

23:00.Argentina - Avstraliya

4 dekabr

19:00.Fransa - Polşa

23:00.İngiltərə - Seneqal

5 dekabr

19:00. Yaponiya - Xorvatiya

23:00. Braziliya - Cənubi Koreya

6 dekabr

19:00. Mərakeş - İspaniya

23:00. Portuqaliya - İsveçrə

2 dekabr

DÇ-2022

Qrup mərhələsi, III tur