DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Xorvatiya ilə hazırda davam edən matç Belçika millisinin üzvü Tibo Kurtua üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı qapıçı sözügedən matçda meydana çıxmaqla yığmada 100-cü oyununu keçirib.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan görüşdə hesab 0:0-dır.