Polşa millisinin qolkiperi Voytsex Şesnı dünya çempionatı tarixinə düşüb.
Offsideplus.az "Opta"ya istinadən xəbər verir ki, 32 yaşlı qapıçı Argentinaya qarşı C qrupunun III tur matçında (0:2) penaltini qaytarıb. O, dünya çempionatında özü səbəb olduğu penaltini dəf edən ikinci qolkiper olub.
Daha öncə 1986-cı ildə Fransa millisinin qapıçısı Joel Bats Braziliya qarşı oyunda buna nail olub.