Polşa millisinin qapıçısı Voytsex Şesnı DÇ-2022-nin III turunda Argentinaya qarşı oyunda Lionel Messi ilə mərcləşib.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı qolkiper Argentinanın lehinə təyin olunan penalti epizodunda hakimin VAR-la məsləhətləşməsi zamanı argentinalı hücumçu ilə 100 avrodan mərcə girib:
"Penalti qərarı verilməmişdən öncə danışdıq, Messi ilə 100 avrodan mərcə girdim ki, hakim penaltini verməyəcək. Nəticədə, Messiyə qarşı mərci uduzdum. Dünya Kubokunda bunu eləmək olarmı, bilmirəm. Çox güman ki, buna görə cəzalandırılacam! Lakin hazırda vecimə deyil. Məbləği ona ödəməyəcəm, Messinin 100 avroya ehtiyacı yoxdur, məncə, kifayət qədər pulu var".
Messi mərci udsa da, 11 metrlik cərimə zərbəsini düzgün yerinə yetirə bilməyib.
Qeyd edək ki, Argentina - Polşa matçı 2:0 hesabı ilə yekunlaşıb.