DÇ-2022-nin E və F qruplarında mübarizəyə bu gün yekun vurulub.

Offsideplus.az xəbər verir ki, bu gün 4 oyun keçirilib. F qrupunda Kanada Mərakeşə uduzub - 1:2. Xorvatiya isə Belçika ilə qolsuz heç-heçə edib. Mərakeş qrup lideri, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika qrupda qalıb. Kanadanın 1/8 finala adlaya bilməyəcəyi isə hələ ötən tur dəqiqləşib.

E qrupunda İspaniya Yaponiyaya 1:2 hesabı ilə uduzub, Almaniya Kosta-Rikaya 4:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Yaponiya qrup 1-cisi, İspaniya 2-ci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. Almaniya və Kosta-Rika isə qrupda qalıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala vəsiqə qazanıblar.

1 dekabr

DÇ-2022

Qrup mərhələsi, III tur