Fransa yığmasının qapıçısı Stiv Mandanda yığmada yeni rekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Qolkiper millinin tarixinin ən yaşlı futbolçusu adını qazanıb. 37 yaş 247 günlüyündə olan Mandanda buna DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Tunislə oyunda (0:1) meydana çıxmaqla nail olub.

Daha əvvəlki rekord isə 2000-ci ilin sentyabrında İngiltərə ilə oyunda iştirak edən Bernard Lamaya məxsus idi - 37 yaş 148 gün.