Belçika millisinin düşərgəsində davam edən gərginlik ilə bağlı komandanın Qətərdəki düşərgəsində təcili iclas keçirilib. 

Offsideplus.az xəbər verir ki, baş məşqçi Roberto Martines futbolçular arasında münasibətin yaxşı olmadığını təsdiqləyib.

"Komandada gərginlik olduğu doğrudur. Dünyanın ən çətin paltardəyişmə otaqlarından biri bizdədir".

Yığmanın üzvləri Eden Hazard, Kevin de Brüyne və Yan Vertonqen arasında böyük mübahisə yaşanıb. Futbolçuları Romelu Lukaku sakitləşdirib. Bundan əlavə, Hazard paltardəyişmə otağında Leandro Trossard ilə danışmır. 

De Brüyne və Tibo Kurtua isə şəxsi səbəblərə görə, illərdir ki, bir-birləri ilə əlaqə saxlamır.