Cənubi Koreya millisinin üzvü Ço Qo-Son dünya çempionatı tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, Qana ilə II tur matçında dubla imza atan 24 yaşlı hücumçu Dünya Kuboku matçında 1-dən çox qol vuran ilk koreyalı oyunçu olub. 

Bundan əlavə, o, dünya çempionatları tarixində dubl edən ilk asiyalı futbolçu ünvanını qazanıb.

Qeyd edək ki, Cənubi Koreya - Qana matçı 2:3 hesabı ilə yekunlaşıb.