Bu gün DÇ-2022-nin qrup mərhələsi üzrə sonuncu - 3-cü turuna start verilib.

Offsideplus.az xəbər verir ki, A qrupunda Bakı vaxtı ilə saat 19:00-da Ekvador Seneqalla, eyni vaxtda Niderland Qətərlə qarşılaşıb.

Niderland 2:0, Seneqal isə 2:1 hesablı qələbə ilə qrupda müvafiq olaraq 1-ci və 2-ci yerləri tutaraq 1/8 finala vəsiqə qazanıb.

B qrupunda isə saat 23:00-da İran ABŞ-la qarşılaşıb. ABŞ rəqibini 1:0 hesabı ilə məğlub edib. Eyni saatda Britaniya derbisi gerçəkləşib. Uels İngiltərə ilə üz-üzə gəlib və böyükhesablı qələbə qazanıb - 3:0. Bu nəticələrdən sonra ABŞ və İngiltərə də 1/8 finala vəsiqə əldə edib.

1/8 finalda Niderland ABŞ-la, İngiltərə isə Seneqalla üz-üzə gələcək.

Xatırladaq ki, DÇ-2022-də daha əvvəl Portuqaliya, Braziliya və Fransa pley-offa vəsiqəni təmin edib.

29 noyabr

DÇ-2022

Qrup mərhələsi, III tur

A qrupu

19:00. Ekvador - Seneqal 1:2 

Qollar: İsmaila Sarr, 44-pen. (0:1), Moyses Kaysedo, 68 (1:1), Xalidu Kulibali, 70 (1:2)

19:00. Niderland - Qətər 2:0 

Qollar: Kodi Qakpo, 26, Frenki de Yonq, 49

Xal durumu: Niderland - 4, Ekvador - 4, Seneqal - 3, Qətər - 0.

B qrupu

23:00. İran - ABŞ 0:1

Qol: Kristian Pulişiç, 39 (0:1)

23:00. Uels - İngiltərə 0:3

Qollar: Markus Reşford, 50 (0:1), Fil Foden, 52 (0:2), Markus Reşford, 68 (0:3)

Xal durumu: İngiltərə - 4, İran - 3, ABŞ -2, Uels - 1.