Kamerun millisinin hücumçusu Vensan Abubakar dünya çempionatında tarixi rekorda imza atıb.
Offsideplus.az "Opta Sports"a istinadən xəbər verir ki, o, buna DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Serbiya ilə oyunda (3:3) qol vuraraq və qol ötürməsi edərək buna nail olub.
O, mundial tarixində ehtiyat oyunçular skamyasından meydana daxil olduqdan sonra bunu bacaran ilk afrikalı futbolçu adına sahib çıxıb.
Qeyd edək ki, Abubakar 63-cü dəqiqədə qol, 66-cı dəqiqədə isə komandasının bərabərlik qolunun ötürməsini edib.