Meksika yığma komandasının kapitanı Andres Quardado mundiallarda rekordu təkrarlayıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçu Qətərdə keçirilən dünya çempionatında Argentinaya qarşı matça çıxmaqla buna nail olub.

İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi karyerasında beşinci dəfə dünya çempionatında oynayıb. Bununla da, təcrübəli futbolçu Antoni Karbahal, Rafael Markes (hər ikisi Meksika), Lotar Matteus (Almaniya), Canluici Buffon (İtaliya), Lionel Messi (Argentina) və Kristiano Ronaldoya (Portuqaliya) çatıb.

Qeyd edək ki, 2005-ci ildən Meksika millisində çıxış edən Quardado 179 oyuna 28 qol vurub.