Portuqaliya millisinin üzvü Danilo Pereyra şənbə günü baş tutan məşq toplanışında zədələnib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 3 qabırğa sümüyünü sındırıb. Bu barədə Portuqaliya mətbuatı məlumata yayıb.

O, DÇ-2022-nin qrup mərhələsinin digər oyunlarını buraxacaq.

Qeyd edək ki, Portuqaliya millisi H qrupunda sabah saat 23:00-da Uruqvay yığması ilə qarşılaşacaq.