Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsi üzrə II turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün 4 matç keçirilib.

E qrupunda Bakı vaxtı ilə saat 14:00-da Yaponiya Kosta-Rika ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Saat 23:00-da İspaniya Almaniya ilə qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb.

F qrupunda Belçika Mərakeşlə qarşılaşıb. Oyun Mərakeşin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə isə Xorvatiya Kanada ilə üz-üzə gəlib. Oyun xorvatların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Hər iki görüşdə uduzan Kanada millisi pley-offa çıxmaq şansını itirib.

27 noyabr

DÇ-2022

E qrupu

14:00. Yaponiya - Kosta Rika  0:1

Qol: K.Fuller, 81

23:00. İspaniya - Almaniya 1:1

Qol: Alvaro Morata, 62, Niklas Fullkruq, 83

Xal durumu: İspaniya - 3, Yaponiya - 3, Kosta Rika - 3, Almaniya - 0.

F qrupu

17:00. Belçika - Mərakeş 0:2 

Qollar: Abdelhamid Sabiri, 73, Zakaria Abuxlal, 90+2

20:00. Xorvatiya - Kanada 4:1

Qollar: Alfonso Deyvis, 2 , Andrey Kramariç, 36, Marko Livaya, 44, Andrey Kramariç, 70, Lovro Mayer, 90+4

Xal durumu: Belçika - 3, Xorvatiya - 1, Mərakeş -1, Kanada - 0.