Braziliya yığmasının DÇ-2022-nin ilk turunda Serbiya ilə matçda (2:0) zədələnən ftbolçuları Neymar və Danilonun durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bu barədə milli komandanın həkimi Rodriqo Lasmar açıqlayıb. O, 30 yaşlı hücumçu və 31 yaşlı müdafiəçinin millinin növbəti oyununda - İsveçrə ilə görüşdə meydana çıxa bilməyəcəyini bildirib.

Qeyd edək ki, Braziliya - İsveçrə görüşü noyabrın 28-i keçiriləcək.