Qətərdə keçirilən futbol üzrə dünya çempionatının oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 2 qrup üzrə daha 4 qarşılaşma oynanılıb.
C qrupunda Argentina Səudiyyə Ərəbistanı ilə qarşılaşıb və gözlənilməz halda 1:2 hesabı ilə uduzub. Eyni qrupda 20:00-da "Stadium 974"də başlayan matçda Meksika Polşa ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb. Polşa millisinin kapitanı Robert Levandovski matçın 58-ci dəqiqəsində penaltidən yararlana bilməyib. Meksikalı qapıçı Gilyermo Oçoa Levandovskinin zərbəsini dəf edib.
17:00-da başlayan və "Edukeyşn Siti" stadionunda oynanılan görüşdə isə Danimarka və Tunis (D qrupu) üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa çatıb.
Günün son oyunu D qrupunda son dünya çempionu Fransa və Avstraliya arasında olub. "Əl-Cənub" arenada keçirilən matçda Fransa 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürüb və dekabrın 18-də yekunlaşacaq.
Dünya çempionatı
22 noyabr
C qrupu
14:00. Argentina - Səudiyyə Ərəbistanı 1:2
Qollar: L. Messi, 10.-pen. - S.Əlşəhri, 48. S.Aldavşari 53.
20:00. Meksika - Polşa 0:0
D qrupu
17:00. Danimarka - Tunis 0:0
23:00. Fransa - Avstraliya 4:1
Qol: Krayk Qoodvin, 9, Rabyo, 27, Jiru, 32 (2:1), Mbappe, 68 , Jiru, 72