Qətərdə keçirilən dünya çempionatında bu gün daha üç görüş baş tutub.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda B qrupunda qərarlaşan İngiltərə və İran milliləri qarşılaşıb. Qaret Sautqeytin komandası Asiya təmsilçisi üzərində 6:2 hesablı qələbə qazanıb. Qrupun digər matçında ABŞ Uelslə heç-heçə edib: 1:1

A qrupunda Niderland yığması Seneqalla üz-üzə gəlib və 2:0 hesabı ilə qalib gəlib. Bu qrupun ilk oyununda Ekvador ev sahibləri Qətər millisini 2:0 hesabıyla məğlub etməyi bacarıb.

Dünya çempionatı

21 noyabr

A qrupu
20:00 Seneqal - Niderland 0:2

Qollar: Qakpo, 85, Klaassen, 90+9

B qrupu
17:00 İngiltərə - İran 6:2

Qollar: Bellinqem, 35, Bukayo Saka, 44, 62. Rahim Sterlinq, 45+1 M.Reşford, 72. C.Qriliş, 90. - Taremi, 65.  90+13

23:00 ABŞ - Uels 1:1 

Qollar: Vea, 36. - Q.Beyl, 82. -pen.