Dünən baş tutan Belçika - Misir yoldaşlıq matçında iştirak edən Eden Hazard belçikalı futbolsevərlərin qəzəbinə səbəb olub.

Offsideplus.az xəbər verir ki, oyunda gözlənilən performansı göstərməyən 31 yaşlı hücumçu çəkisinin artmasına görə sərt tənqidlərə məruz qalıb. Sosial şəbəkələrdə reaksiya bildirən belçikalılar "Real"ın ulduzu barədə bu sözləri deyiblər: "Peşəkar futbolçu necə bu cür ola bilər?", "Eden Hazardı komandadan çıxarın".

Qeyd edək ki, Hazar Belçikanın 1:2 hesabı ilə uduzduğu oyuna start heyətdə çıxıb, 71-ci dəqiqədə əvəzlənib.

6378a8a3ae298bbaf782292e