Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində stadionlarında pivə satışı qadağan olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Satış xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda mümkün olacaq, stadionlarda isə yalnız spirtsiz pivə satılacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək baş tutacaq.