Qətərdə keçiriləcək dünya çempionatının oyunlarını Azərbaycanda "İctimai" TV (İTV) yayımlayacaq.

Offsideplus.az xəbər verir ki, mundialın görüşləri şərh edəcək şərhçilər bəlli olub. Bu barədə İTV-nin İdman Departamentinin rəhbəri Kənan Hakimov “Səhərin şərhi” verilişində deyib.

Pərviz Musayev, Ramiz Mirzəzadə, Ramil Cahangirov, Gündüz Abbaszadə, Elnur Məmmədli, Tural Dadaşov, Ürfan Məmmədli və Əhməd Əliyev iş başında olacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər baş tutacaq.