Qətərdə keçiriləcək dünya çempionatı oyunlarına biletlərin qiymətinin yüksək olması diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, bu ana qədər ən bahalı biletlər Qətərdəki DÇ-də satılacaq. Belə ki, qiymətlər 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatına nəzərən 50% daha bahalaşıb.
Açılıış matçı üçün bilet qiyməti 340 avro, qrup oyunlarına biletlər 65 avrodur. Final oyunu üçün ən ucuz bilet qiyməti isə 583 avro dəyərindədir.
Qeyd edək ki, noyabrın 20-dən dekabrın 18-nə kimi davam edəcək mundiala 1,2 milyon tamaşaçının qatılacağı gözlənilir.