FİFA prezidenti Canni İnfantino G20 ölkələrinin sammitindəki ölkə liderlərini DÇ-2022-yə görə Ukraynada atəşkəsi təmin etməyə səsləyib.
Offsideplus.az xəbər verir ki, 52 yaşlı funksioner 2018-ci ildəki mundialın Rusiyada gerçəkləşdiyini, Ukraynanın isə 2030-cu ildəki yarışa namizəd olduğunu xatırladıb:
“Rusiya 2018-ci ildə dünya çempionatına ev sahibliyi etdi. Ukrayna isə 2030-cu ildə mundiala ev sahibliyi edəcək namizədlər arasındadır. Növbəti çempionat çox yaxında başlayacaq. Bununla bağlı sizə təklifim var: müvəqqəti atəşkəslə razılaşın. Yaxud iki tərəf arasında dialoqa doğru ilk addım ola biləcək humanitar dəhlizlərin təşkili və ya buna bənzər bir şey haqqında razılıq əldə olunsun".
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.