Bu il Qətərdə keçiriləcək dünya çempionatını qazanan komanda 42 milyon dollar mükafat alacaq.

Offsideplus.az xəbər verir ki, finalda uduzan tərəf 30 milyon dollar qazanacaq. Üçüncü yerin sahibi 27 milyon dollar, dördüncü pillədə qərarlaşan komanda isə 25 milyon dollar əldə edəcək. İştirak edəcək komandalara ayrılıqda 1 milyon 500 min dollar veriləcək. Komandalara xərclənəcək ümumi məbləğ isə 440 milyon dollardır.

Bu mükafatların böyük qismi yayım haqqlarına görə əldə edilən gəlirdən hesablanılacaq. Belə ki, yayım haqqlarına görə 2 milyard 460 milyon dollar, 1 milyard 363 milyon dollar əldə ediləcək. FIFA-nın Dünya Kuboku üçün verəcəyi məbləğ isə 843 milyon dollardır. 

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək davam edəcək.