PSJ-nin futbolçusu Presnel Kimpembe Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb. Fransa millisinin baş məşqçisi Didye Deşam siyahıya Aksel Disasinin adını daxil edib. 

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.