"Spetsiya"nın futbolçusu Bartlomey Dronqovski "Verona"ya qarşı keçirdiyi son matçda ağır zədələnib.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı qolkiperin ayaq biləyi sınıb. Sıradan çıxan qapıçı Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
Qeyd edək ki, Dronqovski digər qapıçılar Voytsex Şesnı və Lukaş Skorupski ilə bərabər DÇ-2022 üçün Polşa millisinin heyətinə daxil olunmuşdu.