Seneqal millisinin və "Bavariya"nın futbolçusu Sadio Mane sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Bundesliqanın XIV turunda "Verder"lə matçda zədələnib. O, 20-ci dəqiqədə Leroy Sane ilə əvəzlənib. Onun DÇ-2022-yə qədər sağalıb-sağalmayacağı məlum deyil.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Seneqal millisi A qrupu üzrə noyabrın 21-də Niderlandla qarşılaşacaq.