Belçika millisi bu il Qətərdə keçiriləcək dünya çempionatına ciddi itki ilə yollana bilər.

Offsideplus.az xəbər verir ki, "Çelsi"dən icarə əsasında "İnter"də çıxış edən Romelu Lukaku zədələnib. 29 yaşlı forvardın sol budunda əzələ yorğunluğu aşkarlanıb. Onun noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialı buraxacağı gözlənilir.

Qeyd edək ki, Belçika millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən biridir.