Anantara kurortlarında futbol həyəcanı
2022-ci il üzrə Futbol üzrə Dünya Çempionatına sayılı günlər qalıb. Möhtəşəm tədbir noyabrın 20-dən Qətərdə başlayır. Dünyanın hər yerindən minlərlə futbol azarkeşi və fanatlar bura düşməyə can atır. Dohaya birbaşa biletlər demək olar ki, tapılmır.
Qətərə çempionata düşmək üçün alternativ bir yol var: Dubay. Burdan Qətərə cəmi 70 dəqiqəyə çatmaq olur. Marşrut üzrə hərəkət, nəqliyyat dəyişimi və yol insanın gücünü alır.
Dünya çempionatını rahat baş vurmaq üçün Anantara World Islands Dubai və Anantara The Palm Dubai Resort kurort otelləri futbol oyunlarına gedən yolda sizə komfortlu istirahət imkanları yaradıb.
Anantara - əfsanəvi Tay qonaqpərvərliyinin brendidir
Bu qrupun otelləri planetimizin müxtəlif, əsrarəngiz nöqtələrində yerləşir. Hazırda şəbəkələnin 40 oteli Tailanda, Vyetnam, Kamboca, Çin, Ərəb Əmirliyi, Qətər, Oman, Mozambik, Zambiya və Portuqaliyada, Bali, Maldiv və Şri Lanka adalarında var. Anantara DISCOVERY proqramına daxildir.
Anantara World Islands Dubai - Fars körfəzinin incisi
2022-ci ilin martında Anantara Hotels Resorts & Spas otellər qrupu Yaxın Şərqdə genişlənərək, Dubayda daha bir otelini açdı. Anantara World Islands Dubai Resort Fars körfəzi sularında, süni adalar arxipelaqında, Dubay sahillərindən cəmi 4 km aralı yerləşir. Oteldən Bürc Əl Ərəb və Bürc Xəlifə qüllələri ovuc içi kimi görünür. Arxipelaq dünya xəritəsi formasında yaradılıb, ona görə ünvanları süni qitələrin adları ilə qeyd edirlər.
Kurorta çatmaq üçün Dubay hava limanından cəmi 1 saat lazımdır. Aeroportdan Palm Cumeyraya 40 dəqiqə, ordan isə katerdə 20 dəqiqəyə Anantara World Islandsə çatacaqsız. Kurortun 70 nömrəsi, lüks nömrələr və villaları sizə tam rahatlıq imkanı verəcək. Bütün nömrələr Fars körfəzi və cənnət kimi bağ mənzərəsinə açılır.
Həm futbol, həm ruhun, bədənin istirahəti
Çenpionata öz otağınızda uzanıb, qarşınızda dadlı yemək və içkilərlə böyük ekranda baxmağa nə deyirsiz? Ya da ruhunuza, komandanıza yaxın fanatlarla birgə lounc-bar Lunada cənub-amerikansayağı tapas və orijinal kokteyllərlə həyəcanla izləyə bilərsiz.
İdman yarışları insanın özünü də idmana və aktiv məşqlərə ruhlandırır. Elə bu ərəfədə bədəninizi formaya sala bilərsiz. Kurortun böyük idman zalında peşəkar trenerlər sizin əzələlərinizi qaydaya salacaq, trenajorlarda fiziki məşqlər edəcəksiniz.
Futbol oynaya bilənlər öz kiçik çempionatlarını qura bilər, burda futbol meydançası, çimərlik voleybolu, müxtəlif su idman növləri var.
500 dollardan başlayan paketlər
Çempionatın gedişini öncədən bilmək olmaz. Siz heç vaxt bilə bilməzsiz ki, sevimli komandanız oyunlarda nə qədər qalacaq, hansı komanda irəli gedəcək, neçə müddət burda qalmalı olacaqsız? Ona görə də Best Flexible Rate mobil tətbiqi ilə hər ann dəyişmək şansı sizin üçün göydən düşmə fürsət olacaq. Gecəsi 500 dollardan başlayan paketə nələr daxildir:
- Lüks, sadə nömrə və ya villada yerləşmə
- Səhər yeməyi daxil
- Bronu pulsuz ləğv etmə
- Sərbəst nömrələr olduğu halda qalma vaxtını dəyişmək
- 50 dollar dəyərində SPA sertifikatı - əgər bron anantara.com saytında edilibsə
- Pulsuz internet
Anantara World Islands Dubai-də sizi nələr gözləyir?
Eko Qolf - nəinki qolf oynamaq, həmçinin körfəzdəki balıqları yemləmək üçün bir fürsətdir. Su ilə təmasdan sonra qolf topu parçalanaraq 48 saat ərzində balıqlar üçün yemə çevrilir. Kurortun qonaqları ətraf mühiti çirkləndirmədiklərindən əmin olacaqlar. Eko qolfçular səhər günəşi altında hovuz kənarında dincəlib, təbii kokosdan birbaşa kokteylini içib, uzaqdan görünən Bürc Xəlifəni izləyə biləcəklər. Kurortun ərazisində rəngarəng tovuzquşları gəzişir. Açıq havada masa seçməklə siz onları yaxından izləyəcəksiz.
Qastronomik Anantaranın dad sürprizləri
Dünya Çempionatı həm də qastronomik səyahət olacaq. Burda Cənubi Amerika və Ərəb ölkələrinin mətbəxini bir arada görəcəksiz. Anantara World Islands – Dubayda yeganə oteldir ki, şef aşpazın dadlı yeməklərini suda üzən çadırlar və Hamacland qamaklarında istirahət edərək yemək imkanı yaradıb.
Heliosda Aralıq dənizi menyusu - pələng krevetləri, kalmar və lobster, Qamar ərəb-hind restoranında kabablar, ət yeməkləri, toyuq qanadları, ərəb qəlyənaltıları, isti bə soyuq məzələr. Anantara sizə 7 müxtəlif yerdə nahar təklif edir: restoranda, çimərlikdə, otelin çiçəkli bağlarında, körfəzin sahilində, villada, eləcə də üzən qamaklı çadırda.
Dining by Design - kulinariya səyahəti
Dining by Design qonaqlara Fars körfəzi sahillərində romantik şam yeməyi və ya açıq havada, yaşıl, çiçəkli bağlarda piknik təşkil edir. Sizə dünyanın istənilən mətbəxinin yeməklərindən kompleks menyu təqdim olunacaq.
Anantara The Palm Dubai Resort - suda villalar
Anantara Hotels Resorts & Spas otellər qrupuna daxil olan daha bir otel. Bu otel yeganə oteldir ki, insanlar sanki təyyarənin onları Dubay yox, Tailand və ya Maldiv adalarına gətirdiyini güman edər. Dubayda Maldiv keyfi burda mümkündür. Bəyaz qumlu sahil, suda villalar, dənizə açılan yataq otağı və vanna, uşaq klubu Tuk Tuk, Tay mətbəxi sizi gözləyir.
293 otel nömrəsi, 15 villası çimərliyə şəxsi çıxışı var və fars körfəzi sularınin içində yerləşən 18 su villası. Otel Palm Cumeyra süni adalarının çimərliyində yerləşir.
Burdan şəhərin mərkəzinə çatmaq çox yaxındır. Eləcə də The Palm Dubai Resort şəhərdə yeganə oteldir ki, suyun içində villaları var. Burda ailəvi istirahət üçün müxtəlif idman, əyləncə proqramları var.
Dubayın ən yaxşı restoranları
Asiya ftujn mətbəxindən tutmuş Aralıq dənizi və Şərq mətbəxinə kimi - Dubayın ən yaxşı restoranları Palm Cumeyrada yerləşir. Bizim yeməkləri terrasda, basseyn və ya Fars körfəzinə açılan mənzərədə dadın.
Səhər, günorta, axşam yeməkləri, Avropa, Tay və Milli içkilər, xüsusi özəl kokteyllər, desertlər - nağıllar aləminə səfərə bənzəyəcək.
Anantara - Adanın ən yaxşı SPA kompleksi
Dəbdəbəli ikimərtəbəli Anantara Spa mərkəzində kişi, qadın, ailələr üçün ayrıca hamam, masaj, spa otaqları var.
Burda isə dünyanın ən peşəkar, müalicəvi rahatlaşdırıcı masaj növləri, isti daşlarla masaj, ayurveda prosedurları, buxar, sauna, hidromasaj, cakuzi, müalicəvi vannalar alacaqsız. Yüksək peşəkar mütəxəssislər sizin energetik mərkəzlərinizi qaydaya salacaq.
Tay müalicəvi metodlar və şəfalı yağlarla Sen energetik kanallarına təsir etməklə, stres və narahatlıq aradan qalxacaq, ruh və bədən tam rahatlanacaq.
Çimərlik əyləncələri
Qonaqları dəniz kruizinə apara bilərik, Dubayın məşhur memarlıq yerlərini ziyarət edə bilərsiz. Bütün vacib və böyük ticarət mərkəzlərini gəzə biləcəksiz. Eləcə də sualtı gəzinti-akvalanq. Su idman növləri, atraksionlar, yoqa, adada gəzinti, bağda dincəlmək -bədən və ruhu tam sakitləşdirəcək. Kurortun ərazisində 400 metrlik şəxsi çimərlik sizin ixtiyarınızdadır.
2022-ci il Dünya Futbol Çempionatı ərəfəsində kurort və onun xidmətləri barədə ətraflı öyrənmək üçün Telegram kanala yazılın @anantaraworldislandsdubairesort
Anantara Hotels, Resorts & Spas barədə daha ətraflı saytda: http://www.anantara.com/