Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç Fransaya qarşı keçiriləcək DÇ-2018-in final oyunu öncəsi maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, jurnalistlərdən birinin “qalib gələcəyiniz halda, yeni tatu etdirəcəksinizmi” sualına Rakitiç belə cavab verib:
“Hə. Mənim alnımda yer çoxdur. Düşünürəm ki, bu, əla variantdir. Amma əvvəlcə xanımımla məsləhətləşəcəyəm”.
Xatırladaq ki, DÇ-2018-in Fransa – Xorvatiya finalı bu gün Bakı vaxtı ilə saat 19.00-da başlanacaq.(qol.az)