Mundialın final oyununa hakim təyinatları məlum olub. 

Offsideplus.az xəbər verir ki, iyulun 15-də Fransa və Xorvatiya arasında keçiriləcək həlledici matçı argentinalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Nestor Pitana olacaq. 

İyulun 14-də Belçika və İngiltərənin üçüncülük uğrunda oyunu isə iranlı hakimlərə tapşırılıb. Matçı Əlireza Fəqani idarə edəcək.