Paris Qətərdə keçiriləcək dünya çempionatını boykot edib.
Offsideplus.az xəbər verir ki, Fransanın paytaxtı Paris ictimaiyyətə açıq olan böyük ekranlarda DÇ-2022-ni yayımlamayacaq. Buna səbəb Qətərdə insan hüquqlarının qorunmamasıdır.
Qeyd edək ki, Parisdə yaşayan əhali daha öncə DÇ-2018-i Eyfel Qülləsinin yaxınlığında izləmişdi.
2022-ci il üzrə dünya çempionatı 20 noyabr - 18 dekabr tarixlərində Qətərdə keçiriləcək.