Futbol üzrə 2022-ci il dünya çempionatı Azərbaycanda  İctimai TV-də canlı yayımlanacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə kanal yeni mövsümlə bağlı yaydığı məlumatda qeyd edib. 

Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı 20 noyabr - 18 dekabr tarixlərində baş tutacaq. Bu çempionat tarixdə ilk dəfə payız-qış ayları ərzində keçiriləcək mündial kimi yadda qalacaq.