Uruqvay yığmasının ulduz futbolçusu Edinson Kavani DÇ-2018-in 1/4 finalında Fransa ilə oyuna buraxacaq.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı hücumçu bu matça kimi zədəsini bərpa edə bilməyəcək. Hazırda fərdi qaydada məşq edən E.Kavani komanda ilə hazırlıqlara qoşulmayıb.
Qeyd edək ki, E.Kavani 1/8 finalda Portuqaliyaya qarşı görüşdə (2:1) zədələnib.