Ötən gün keçirilən İngiltərə - Kolumbiya matçı DÇ-2018-də daha bir rekord müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, mundiallar tarixində ilk dəfə 1/8 final mərhələsində 3 oyun penaltilər seriyasına qədər uzanıb.
Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında 1/8 final mərhələsinin İspaniya - Rusiya (4:3), Xorvatiya - Danimarka (3:2) və Kolumbiya - İngiltərə (4:3) matçlarının qalibi penaltilər seriyasında müəyyənləşib.(qol.az)