Bu gün DÇ-2018-in 1/8 final mərhələsinə yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, keçirilən iki oyunla sonuncu 1/4 final cütlüyü də müəyyənləşib. 

İlk oyunda İsveç İsveçrəyə 1:0 hesabı ilə qalib gəlib.

Digər oyunda Kolumbiya ilə İngiltərə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb - 1:1. Penaltilər seriyasında isə ingilislər sevinib - 4:3.


DÇ-2018

1/8 final

3 iyul

Kolumbiya - İngiltərə - 1:1 pen - 3:4
Qollar: 
Keyn, 58-pen (0:1), Yerri Mina, 90+3 (1:1)
Hakimlər: Mark Qeyqer (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Mettuu Konqer (Yeni Zelandiya).
Moskva, "Spartak" stadionu.

İsveç - İsveçrə - 1:0
Qol: 
Emil Forsberg, 66
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Navaf Şukralla (Bəhreyn).
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

 Heyətlər:

İsveç: Olsen, Lustiq, Lindelhof, Qrankvist, Auqustinsson, Ekdal, Berq, Forsberq, Sevnsson, Klaesson, Toyvonen

İsveçrə: Zommer, Akanji, Lanq, Caka, Behrami, Rodriges, Suber, Tsüber, Xemaili, Drmiç, Curu,  Şaqiri