DÇ-2018-in 1/8 final mərhələsində keçirilən İspaniya – Rusiya oyunu tarixə düşüb.
Offsideplus.az xəbər verir ki, FİFA-nın bir müddət öncə təsdiqlədiyi 4-cü əvəzetmədən ilk dəfə məhz bu rəsmi qarşılaşmada istifadə olunub. Oyun əlavə vaxta getdiyindən hər iki yığma 4-cü oyunçu dəyişikliyindən yararlanıb. Rusiyada 97-ci dəqiqədə Daler Kuzyayevin yerinə Aleksandr Yeroxin, İspaniyada isə 104-cü dəqiqədə Marko Asensionun yerinə meydana Rodriqo daxil olub.
Qeyd edək ki, İspaniya – Rusiya matçının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan ev sahibləri 1/4 final mərhələsinə vəsiqə qazanıb.(qol.az)